“Microsoft Azerbaijan” avtobiznes üçün müasir həllər mövzusunda seminar təşkil edir

“Microsoft Azerbaijan” avtobiznes üçün müasir həllər mövzusunda seminar təşkil edir
20:38 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
"Microsoft Azerbaijan" və "Incadea" şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda aprelin 10-da "Avtobiznes üçün müasir həllər" mövzusunda seminar keçiriləcək.
"Microsoft Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, seminar avtodilerlər, satış, xidmət idarəetməsi və müştərilərlə iş üzrə menecerlərin, maliyyə menecerləri, biznes rəhbərləri nümayəndələri üçün nəzərdə tutulub.
Tədbirdə "Incadea" şirkətinin avtobiznes üçün idarəetmə sistemi, biznes-analitika üçün əlavə, "Microsoft"-un yeni texnologiyalarının istifadəsi ilə hazırlanmış yeni proqram təminatları təqdim ediləcək, həmçinin avtodilerlər üçün "Office 365" haqda məlumat veriləcək.
Qeyd edək ki, "Incadea" şirkəti avtomobillərin topdan və pərakəndə satışı üçün xidmət və həll təchizatçısıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Microsoft_Azerbaijan_avtobiznes_uchun_muasir_heller_movzusunda_seminar_teskil_edir-844031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR