Xəzər rayonunda “Fiziki fəallıq sağlamlığın rəhnidir” mövzusunda festival keçirilib

Xəzər rayonunda “Fiziki fəallıq sağlamlığın rəhnidir” mövzusunda festival keçirilib
21:23 6 Aprel 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel AZƏRTAC
Aprelin 6-da Dünya Fiziki Fəallıq Günü qeyd edilir. Bununla əlaqədar, Gənclər və İdman Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü ilə Xəzər rayonundakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Fiziki fəallıq sağlamlığın rəhnidir” mövzusunda festival keçirilib.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Rauf Əliyev və Xəzər rayonu icra hakimiyyəti başçısının müavini Arif Balayev çıxış ediblər. Onlar tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək bildiriblər ki, festivalın məqsədi sağlam həyat tərzini təbliğ etməkdir. Qeyd edilib ki, bu tədbir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində keçirilir.
Rəsmi açılış mərasimindən sonra Xəzər rayonundakı bir neçə orta məktəbin, o cümlədən 6 nömrəli xüsusi internat-məktəbi şagirdlərinin iştirakı ilə futbol, qılıncoynatma, basketbol, akrobatika və yüngül atletika üzrə yarışlar keçirilib. Yarışların iştirakçılarına sertifikatlar və medallar təqdim ediləcək. Şagirdləri ən yaxşı nəticələr göstərən üç məktəb kubok, diplom və digər həvəsləndirici mükafatlarla təltif olunacaq.
Xatırladaq ki, bundan əvvəl Nərimanov və Binəqədi rayonlarında da analoji festivallar keçirilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_rayonunda_Fiziki_fealliq_saglamligin_rehnidir_movzusunda_festival_kechirilib-844052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR