Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova İstanbulda konsert verib.
Publika.az xəbər verir ki, "Bahçeşehir Kültür Sanat Merkezi"ndə baş tutan konsert anşlaqla keçib.
A.Qasımov bundan əvvəl də İstanbulda konsert verdiyini bildirib:
"Yenidən İstanbulda səhnəyə çıxmaq gözəl hisdir. Bura öz vətənimiz kimidir. Qızımla burada olmaqdan məmnunluq duyuram. Kiçik olanda mən qızımın əlindən tutmuşdum, indi o, mənim əlimdən tutur".
Pərviz Hüseyn