Latviyanın paytaxtı Riqada keçirilən "Volvo Open Cup"da Azərbaycan fiqurlu konkisürənləri çıxışlarını başa vurublar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cütlərin yarışında ölkəmizi Sofiya Karaqodina və Semyon Stepanov təmsil ediblər.

Qısa proqramda 3-cü olan idmançılarımız sərbəst çıxışda ikinci yeri tutublar. Ümumi nəticədə 137,38 xal toplayan cütlük turniri gümüş medalla başa vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində