MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq

MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq
23:03 6 Aprel 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+


Minsk, 6 aprel AZƏRTAC 
Aprelin 14-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası olacaq. Bu barədə AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadən xəbər verir.
Növbəti iclasda Birliyin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları, qəbul olunmuş sənədlərin həyata keçirilməsi sahəsində MDB Şurasının və İcraiyyə Komitəsinin vəzifələri, 1941-1945-ci illərin Böyuk Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümünə hazırlıq görülməsi və Qələbənin bayram edilməsinə dair Əsas tədbirlər planının həyata keçirilməsinin gedişi, MDB-nin 25 illiyinə hazırlıq və s. məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MDB_nin_menzil_qerargahinda_Birliyin_Daimi_Numayendeler_Surasinin_iclasi_olacaq-844100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR