Səudiyyə Ərəbistanına raket atışlarının arxasında İran dayanır -

Yəməndən Səudiyyə Ərəbistanına ballistik raket atışlarının arxasında İran dayanır.

Metbuat.az-ın məlumatına görə, bunu ABŞ Hava Qüvvələri Mərkəzi bəyan edib.

Mərkəzin bəyanatında qeyd olunur ki, Yəmənin istifadə etdiyi raketlərin arxasında İranın dayandığı açıq-aşkar görünür:

"Savaşmaq əvəzinə problemin diplomatik həlli yolunu tapmaq lazımdır".

Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR