İtaliya sahil mühafizə xidməti 1500 miqrantı xilas edib

İtaliya sahil mühafizə xidməti 1500 miqrantı xilas edib
03:28 7 Aprel 2015
342 Dünya
Ölkə mətbuatı
A- A+


Roma, 7 aprel, AZƏRTAC
İtaliya sahil mühafizə xidməti Aralıq dənizi vasitəsilə bu ölkəyə keçmək istəyərkən təhlükə ilə üzləşən 1500 miqrantı xilas edib. İtaliyaya keçməyə çalışan miqrantlarla dolu 5 gəmidən 3-ü daha böyük təhlükə ilə qarşılaşıb. 24 saat ərzində aparılmış əməliyyatlar zamanı xilas edilmiş miqrantlar İtaliyanın Lampeduza adasına və Siciliya limanlarına aparılıb.
Qeyd edək ki, ötən il İtaliya vasitəsilə Avropa ərazisinə 170 min miqrant daxil olub. Onların əksəriyyəti Liviyadan gələnlərdir. 3000-dən artıq miqrant isə Avropaya keçməyə cəhd göstərərkən həyatını itirib. Rəsmilər bu ilin ilk aylarında Avropaya miqrant axınının 43 faiz artdığını bəyan ediblər.

Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiya_sahil_muhafize_xidmeti_1500_miqranti_xilas_edib-844106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR