İki ölkə arasındakı qalmaqal məktəb dərsliyində

İki ölkə arasındakı qalmaqal məktəb dərsliyində
09:11 7 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyada yeni məktəb dərsliyi Seulda bir qrup koreyalı fəalı ayağa qaldırıb. Onlar Yaponiya səfirliyi qarşısına toplaşaraq, Yaponiyanın ərazi iddalarına qarşı hiddət nümayiş etdirib. Yapon səfiri Cənubi Koreyanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona Yaponya hökümətinin Takeşima adaları ilə bağlı mövqeyinə görə, etiraz notası təqdim olunub. Takeşima arxipelaqı - bir neçə zəncirvari adalardan ibarətdir, Koreya Yarımadasından şərqdə yerləşir.

Adalar 1945-ci ildən Koreyanın Yaponların müstəmləkəçiliyindən azad olmasından sonra iki ölkə ərazisində mübahisə predmetinə çevrilib.

Hazırda adalara rəsmi Seul nəzarət edir. Tokiyo isə Seulun həmin əraziləri qanunsuz olaraq zəbt etdiyini, adaların hələ 1905-ci ildə Yaponiya imperiyasının tərkibində olduğunu bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR