Bakı. 14 noyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya millisinin müdafiəçisi Andrea Bartsali İsveçdən olan rəqibləri ilə dünya birinciliyində iştirak hüququ uğrunda mübarizədən məğlub ayrıldıqları üçün məyus olduğunu bildirib.
“Report” xəbər verir ki, o, "Rai Sport"un canlı efirində Canluici Buffon, Daniele De Rossi və Corco Kyellini ilə birgə milli komandanın heyətində çıxışını başa vurduğunu deyib.