İtaliya yığmasının qapıçısı və kapitanı Canluici Buffon yığma komandada karyerasını başa vurub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İtaliya yığmasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ötən gün İtaliya yığması İsveç yığması ilə DÇ-2018 "play-off" mərhələsində cavab oyunu keçiriblər. Oyun 0:0 hesabı ilə başa çatıb. Beləliklə, İsveç yığması DÇ-2018 vəsiqə qazanıb, İtaliya yığması isə son 60 ildə ilk dəfə Dünya Çempionatında iştirak etməyəcək. Qeyd edək ki, ilk oyun 1:0 hesabı ilə isveçlilərin qələbəsi ilə yekunlaşmışdı.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin