Yeni televiziya kanalının yaradılması ilə bağlı

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Metbuat.az-a verilən məlumata görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

İtaliyanlar şokdadır, 60 il sonra təkrarlandı... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR