Van Qaal həmyerlisini "Mançester Yunayted"dən göndərir

Van Qaal həmyerlisini "Mançester Yunayted"dən göndərir
11:05 7 Aprel 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted”in hollandiyalı futbolçusu Robin van Persi yayda komandasını dəyişə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “mankunianlar”ın çalışdırıcısı Lui van Qaal daha onun xidmətində maraqlı deyil.
 
Təcrübəli mütəxəssis rəhbərliklə görüşündə bu barədə məlumat verib. “Mançester Yunayted” mövsümün sonunda van Persini satmağa hazırdır. Klub sərfəli təklif qarşısında 32 yaşlı hücumçu ilə yolları ayıracaq.
  
Qeyd edək ki, van Persi “Mançester Yunayted”ə 2012-ci ildə “Arsenal”dan transfer olunub. Cari mövsümdə hollandiyalının aktivində cəmi 10 qol var.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR