Ozünü yandırmaq istəyən Ağdam sakini ilə bağlı

Bu gün Ağdamda özünü yandırmağa cəhd göstərmiş 1970-ci il təvəllüdlü Bəhlul Əmirovla bağlı təfərrüatlar məlum olub.

Metbuat.az-ın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mənsurzadə bildirib ki, bu, B.Əmirovun artıq 4-cü özünə qəsd faktıdır.

Rəis müavini qeyd edib: "Əvvəllər də məhkum edilmiş Bəhlul Əmirov adının hallandığı sonuncu xırda talama faktı üzrə aparılan işin gedişatından narazı olduğu üçün istintaq orqanları qarşısında qanunsuz tələblər irəli sürərək, işin gedişatına həyatına qəsd etməklə təsir göstərməyə çalışıb. Bu, artıq ilk fakt deyil ki, o, həyatına qəsd edərək polisə, istintaq orqanlarına təzyiq göstərməyə çalışır. Çox təəssüf doğurucu haldır ki, bu şəxs artıq həyatına qəsd etməyi vərdiş halına çevirib".

O.Mənsurzadə vurğulayıb ki, hadisə baş verən zaman ərazidə xidmət aparan mühafizə polisi əməkdaşlarının ayıqlığı və çevik reaksiyası nəticəsində B.Əmirovun həyatı xilas edilib./ Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR