Azərbaycanın energetika naziri İstanbulda XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

10:13 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanın energetika naziri Natiq Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-də İstanbulda AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.
İki gün davam edəcək Zirvədə 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edəcəklər. Tədbir çərçivəsində “İpək yolu: iqtisadi, enerji və maliyyə”, “Sülhə gedən yol” mövzuları üzrə ayrı-ayrı bölmələrdə müzakirələr aparılacaq.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, 2014-cü ilin fevralında İstanbulda keçirilmiş XVII Avrasiya İqtisadi Zirvəsi çərçivəsində TANAP, TAP və “Şahdəniz-2” layihələrinin əhəmiyyəti, o cümlədən İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_energetika_naziri_Istanbulda_XVIII_Avrasiya_Iqtisadi_Zirvesinde_istirak_edecek-844128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR