Bakı. 15 noyabr. REPORT.AZ/ “Müvafiq qurumlara məktublar göndərdik ki, ictimai binaların tikintisi zamanı əlillərin hərəkəti üçün şərait yaradılsın, panduslar qoyulsun”.
“Report”un xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir deyib ki, “Əlillərin sosial təminatı haqqında” qanuna dəyişikliklər hazırlanıb: “Hazırda layihəyə Prezident Administrasiyasında baxılır. Yaxın vaxtlarda müzakirəyə çıxarıla bilər”.