Bakıda “Avtobiznes üçün müasir həllər” mövzusunda seminar keçiriləcək

12:03 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 10-da “Microsoft Azerbaijan” və “Incadea” şirkətlərinin təşkilatçılığı ilə Bakıda “Avtobiznes üçün müasir həllər” mövzusunda seminar keçiriləcək. Seminar avtodiler, satış və maliyyə menecerləri, xidmətin idarə olunması və müştəri xidmətləri nümayəndələri, həmçinin, biznesin rəhbərləri və sahibləri üçün təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, seminar iştirakçılarına avtobiznes sahəsində “Incadea” şirkətinin “Microsoft”un yeni texnologiyalar üzərində hazırladığı və qısa bir vaxt ərzində qənaətli tətbiqinə zəmanət verən diler müəssisəsinin idarə edilməsi sistemi, avtomobil sahibləri ilə əlaqənin idarə olunması sistemi, biznes-analitika üçün tətbiq, mobil və bu kimi digər həllərin tətbiqinin nümunələri nümayiş olunacaq. Eyni zamanda, tədbirdə “Office 365” xidməti haqqında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Incadea” şirkəti avtomobillərin topdan və pərakəndə satışı ilə məşğul olan müəssisələr üçün həllər və xidmətlərin aparıcı qlobal tədarükçüsüdür.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Avtobiznes_uchun_muasir_heller_movzusunda_seminar_kechirilecek-844157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR