Bakıda polis külli miqdarda narkotik maddə satmaq istəyən şəxsi saxlayıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Nizami rayon polis idarəsi əməkdaşlarının daxil olan məlumat əsasinda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Astara rayon sakini Rüfət Qurbanov metronun ''Qara Qarayev'' stansiyası yaxınlığında saxlanılıb. Polis idarəsində üzərinə baxış zamanı ondan ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib. İlkin ifadəsi zamanı saxlanılan şəxs narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri Astara rayonundan paytaxta satmaq məqsədi ilə gətirdiyini bildirib. Qeyd edilən faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam edir.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin