Axşam saatlarında Tovuzun Qovlar şəhərində bıçaqlanma hadisəsi baş verib.
Publika.az xəbər verir ki, 1977-ci il təvəllüdlü İbrahim Hacılı kənd sakini Kazımova Səbinə Sabir qızı küçədə bıçaqlanıb.
İlkin məlumata görə, o, aptekdən dərman alıb evə qayıdan zaman küçədə bir qrup şəxs dini təhqir edən sözlər işlədib. Qadın onlara iradını bildirdikdə isə tərəflər arasında mübahisə yaranıb. Nəticədə onlardan biri qadının qarın nahiyəsinə bir bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib. (report)