Ölkənin ən gözəl modeli həbs olundu (FOTO)

14:26 7 Aprel 2015
311 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın ən məşhur modellərindən biri həbs edilib. ANS PRESS-in "İhlas"a istinadla verdiyi məlumata görə, 21 yaşlı Ayyan Ali hava limanında üzərində 500 min dollarla saxlanılıb.

Gözəl model çirki pulları yumaqda ittiham edilir. Modelin vəkilləri isə onun bu pulla səyahət etməyi planlaşdırmadığını bildiriblər.
Polisə ifadəsində qız pulu qardaşına vermək niyyətində olduğunu deyib.

Pakistan qanunlarına görə, 10 min dollardan çox nəğd pulla ölkəni tərk etmək cinayətdir.

Ölkədəki modelyerlərin ən sevimli modeli olan Ayyan məşhur dondurma şirkətinin dünya miqyaslı reklam kampaniyasının da simalarından biri kimi fəaliyyət göstərib.

Gənc qız həbsdən buraxılması üçün lazım olan vəsaiti ödəməkdən imtina etdiyi üçün həbsxanada qalıb.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=336394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR