Müsavat MNTK-nın sədri: “Vurğun Əyyub öhdəlik götürməsə, deputatlığa namizədliyi təsdiq olunmayacaq”

Müsavat MNTK-nın sədri: “Vurğun Əyyub öhdəlik götürməsə, deputatlığa namizədliyi təsdiq olunmayacaq”
14:52 7 Aprel 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 14:47 ]


Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyası adından deputatlığa namizədləri partiyanın Məclisi təsdiq edəcək. Vurğun Əyyub partiya qarşısında öhdəlik götürməsə, deputatlığa namizədliyi Məclis tərəfindən təsdiq olunmayacaq”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova partiya üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyubun fikirlərinə münasibət bildirərkən deyib.

 

Xatırladaq ki, Müsavat Məclisinin aprelin 4-də keçirilən toplantısında qəbul edilən təlimata əsasən Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər. V. Əyyub isə APA-ya açıqlamasında heç bir öhdəlik götürməyəcəyini bəyan edib.

 

S. Hüseynova öhdəlik barədə sənədin partiya üzvlərinin üzərinə məsuliyyət qoyduğunu vurğulayıb: “Partiya sıralarına daxil olan adam Müsavat adından deputatlığa namizəd olacaqsa, partiyanın Nizamnaməsinə və siyasi qərarlarına zidd hər hansı ifadə işlətməkdən imtina edəcəyi barədə öhdəlik götürməlidir. Bu, kifayət qədər ciddi sənəddir. Yəni, hər bir partiya üzvü öz məsuliyyətini dərk etməlidir. Həmin sənədin qəbulunda Vurğun Əyyubun tərəfdarları xeyli gərginlik keçirdi. Vurğun Əyyub özü bilər? öhdəlik götürməyəcəyi təqdirdə, deputatlığa namizədliyi Məclisdə təsdiq olunmayacaq”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR