TQDK sədri: “Güman edirəm ki, birinci il AMEA magistraturasına kütləvi müraciət olmayacaq”

15:02 7 Aprel 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 14:54 ]


Bakı. Fərid Mirzəyev - APA. “Bizə təqdim olunan layihəyə görə, təhsilin magistratura pilləsində Azərbaycan Milli Elmlər Akademiyasına 20 yer ayrılıb. Bu, ilk addımdır. Ümid edirəm ki, bu addım çox uğurlu olacaq”.

 

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ilə akademiyanın elmi müəssisələrinin Direktorları Şurasının birgə iclasında deyib.

 

TQDK sədri bildirib ki, rəhbəri olduğu qurumla AMEA-nın çox sayda alimləri ekspert səviyyəsində əməkdaşlıq edir: “İmtahan iki mərhələdə keçirilir. Bakalavr iki aləti düzgün istifadə etməyi bacarmalı, informasiya texnologiyalarını və ingilis dilini bilməlidirlər. Biz bunları yoxlayırıq. 50 faiz məntiqi suallardır. Verbal olan və verbal olmayan testlər var. Güman edirəm ki, birinci il sizə kütləvi müraciət olmayacaq. Artıq dekabrda qəbul qaydaları elan olunub. Bunu unutmaq olmaz ki, proses zamanı qaydaları dəyişmək olmaz. İkinci mərhələdə proqram seçimi olacaq. Ərizə verib, ixtisas seçimi edəcəklər. Hələlik sizə kütləvi müraciət olmayacaq”.

 

TQDK sədri ölkədə magistratura pilləsinə qəbulun 1998-ci ildən etibarən keçirildiyini bildirib: “2005-ci ildə magistraturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verildi. Artıq 2005-ci ildən mərkəzləşmiş imtahanlar keçirilir. Mərkəzləşmiş imtahanlar, qapalı testlər biliyi öyrənmək üçün daha effektivdir. Həmin auditoriyanı cəlb etmək üçün siz də müəyyən addımlar atmalısınız.

 

TQDK sədri qeyd edib ki, mayın 7-12-də ixtisas seçimi olacaq: “Proqram seçimi isə artıq ayın 10-da başa çatır”.

 

Qeyd edək ki, ötən il AMEA-nın Rəyasət Heyətində AMEA-da magistr hazırlığının təşkili ilə bağlı qərar qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR