İrandan külli miqdarda narkotik keçirmək istədilər

İrandan külli miqdarda narkotik keçirmək istədilər
15:06 7 Aprel 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

İrandan gələn Azərbaycan vətəndaşının üzərində metadon aşkar olunub.

Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Yelmar Zeynalovun üzərində şəxsi yoxlama aparılırb.

Yoxlama zamanı ondan təsiredici maddəsinin xalis çəkisi 2,68 qram olan narkotik vasitə - metadon aşkar olunub.

Qeyd edək ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in siyahısına daxildir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR