Keniyada avtobus yük maşını ilə toqquşub, 12 nəfər ölüb
Paylaş
99 baxış·1 dəq oxu
Bakı. 19 noyabr. REPORT.AZ/ Keniyanın şərqində baş verən yol qəzası nəticəsində 12 nəfər ölüb. "Report" "Daily Nation" nəşrinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 03:00-da qeydə alınıb. Avtobusun yük maşını ilə toqquşması nəticəsində avtobusun 11 sərnişini və sürücüsü hadisə yerində həyatını itirib.