Bu gün 68 yaşı tamam olan müğənni Əli Mirəliyev qalmaqallı müsahibə verib. O, qadın müğənniləri təqhir edərək bu ifadələri işlədib:

“Müğənni qadınlarla heç bir macəram olmayıb. Onlardan zəhləm gedir. Qıraqda qadınlarım olub. Müğənniləri görmüşəm də, nə gündədirlər. Səhər tezdən baxırsan ki, üzləri şişib, "piyaniskə"yə oxşayırlar. Sizin yanınızda özlərin gözəl göstərməklərinə baxmayın. Həyatda onlar itə oxşayırlar. Ağızlarından iy gəlir, adam iyrənir. Qıraq-bucaqda sevgilim olub, amma müğənni yox”.

Publika.az onun ölkə.az-a söylədiyi bu fikirlərə qadın müğənnilərin münasibətini öyrənib.

Təranə Qumral: “Əli Mirəliyevdi də, yəqin ki, bir şey bilir, ona görə deyir. Onun konkret nəzərdə tutduğu şəxslər var, yoxsa belə deməzdi”.

“Pişiyin ağzı ətə çatmayanda deyir ki...” - Qadın müğənnilərdən Əli Mirəliyeva SƏRT CAVAB

Maral Tahirqızı: “Alicənab insan bu sözü deməz. Bu qadın müğənnilərə qarşı təhqirdir. Əli müəllim əslində yaxşı insandır. Yəqin, gündəmdə qalmaq üçün belə edir”.

“Pişiyin ağzı ətə çatmayanda deyir ki...” - Qadın müğənnilərdən Əli Mirəliyeva SƏRT CAVAB

Roza Zərgərli: “Mənim fikrimcə, baxmayaraq ki, o, çılğındır. Amma qadınlara qarşı o sözü deməz. Çünki ana qədri də, övlad qədri də bilir”.

“Pişiyin ağzı ətə çatmayanda deyir ki...” - Qadın müğənnilərdən Əli Mirəliyeva SƏRT CAVAB

Afaq Aslan: “Bir misal var e, pişiyin ağzı ətə çatmayanda deyir ki, iy verir. Yəqin ki, Əli Mirəliyevin ürəyindən keçən şeylər olmayıb. Kimsə onun arzusunu ürəyində qoyub deyə, belə açıqlama verib”.

“Pişiyin ağzı ətə çatmayanda deyir ki...” - Qadın müğənnilərdən Əli Mirəliyeva SƏRT CAVAB

Pərviz Hüseyn