“SOCAR POLYMER” layihəsi çərçivəsində polipropilen istehsalı zavodunun inşasını italyan şirkətləri həyata keçirəcək

“SOCAR POLYMER” layihəsi çərçivəsində polipropilen istehsalı zavodunun inşasını italyan şirkətləri həyata keçirəcək
15:58 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+



Bakı, 7 aprel, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR POLYMER” layihəsi çərçivəsində polipropilen istehsalı zavodunun inşasını İtaliyanın “Maire Tecnimont S.p.A” şirkətinin törəmələri “Tecnimont S.p.A.” və “KT – Kinetics Technology S.p.A” şirkətləri həyata keçirəcək.
AZƏRTAC “Maire Tecnimont S.p.A”nın saytına istinadla xəbər verir ki, dəyəri 350 milyon avro olacaq müqaviləyə əsasən törəmə şirkətlər “SOCAR POLYMER”in layihələndirmə, satınalma, tikinti – EPC adlanan mərhələsini həyata keçirəcək.
Şirkətlər arasında müqavilənin rəsmi imzalanma mərasimi aprelin 14-də Bakıda olacaq.
Qeyd edək ki, layihəyə əsasən inşa olunacaq zavodda ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı nəzərdə tutulur. Polipropilen istehsalına 2016-cı ildə başlanması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_POLYMER_layihesi_cherchivesinde_polipropilen_istehsali_zavodunun_insasini_italyan_sirketleri_heyata_kechirecek-844248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR