Daha bir marşrut üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir

Daha bir marşrut üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir
15:32 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda 31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək: “Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”.
Qeyd edək ki, qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/daha-bir-marsrut-uzre-avtobuslarin-hereket-trayektoriyasi-deyisdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR