Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

16:57 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 16:51 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, aprelin 8-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zirə-3”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq” və “Tərtər” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında, Qazax Magistral qaz kəmərləri sahəsinin “Alabaşlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Cəlilabad”, “Sabirabad”, “Saatlı” və “İmişli” Qazpaylama stansiyalarında carı təmir işləri aparılacaq.

 

Təmir müddətində Cəlilabad şəhəri və Uzuntəpə kəndinin, Ağdam rayonunun Kətəlparaq kəndi və “Dördyol” qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, Sabirabad, Saatlı, İmişli, Bərdə və Tərtər rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR