"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərdə "Şərq tərəfdaşlığı"nın Riqada keçirilmiş son sammitindən sonra əhəmiyyətli irəliləyiş əldə edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə həsr olunan videokonfrans zamanı Aİ-nin nümayəndəsi deyib.

O qeyd edib ki, Aİ Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması ilə bağlı danışıqları davam etdirir: "Yaxın zamanlarda aviasiya sazişinin də imzalanması gözlənilir".

O həmçinin vurğulayıb ki, Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşı və enerji tədarükçüsüdür.

Milli.Az