Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Çinin Terrorçuluqla mübarizə və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Çen Qopinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, E.Məmmədyarov Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edb və bu baxımdan iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin, həmçinin son dövrlər intensivləşən səfərlər mübadiləsinin rolunu xüsusi vurğulayıb.
Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü yaxından dəstəklədiyini deyən E.Məmmədyarov 30 oktyabr 2017-ci il tarixində istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolunun bu çərçivədə yük və sərnişin daşınması baxımdan əməkdaşlıq üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb. Həmçinin, Azərbaycan iqtisadiyyatının xüsusilə qeyri-neft sektorunda Çin şirkətlərinin daha fəal şəkildə təmsil olunmasında ölkəmizin maraqlı olduğunu deyib.
Çen Qopinq Çin hökumətinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib və iki ölkənin əməkdaşlığı üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycanın İpək Yolunun vacib iştirakçılarından biri olduğunu qeyd edən Çen Qopinq “Bir Kəmər, Bir yol” layihəsinə Azərbaycanın yaxından iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.
Çen Qopinq Azərbaycan və Çin hökumətləri arasında strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin terrorizmə qarşı mübarizə sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, E.Məmmədyarov Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəklədiyini və beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə irəli sürülən təşəbbüslərlə bağlı Çinlə Azərbaycanın eyni mövqedən çıxış etdiyini vurğulayıb.
Görüşdə beynəlxalq və regional xarakterli digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan qeyri-neft sektorunda Çin şirkətlərinin daha fəal təmsil olunmasında maraqlıdır
Həmçinin oxu
Sentyabrın 17-nin havası açıqlandı
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hərbçilərin “leytenant” rütbəsində xidmət müddəti azaldılır
Bu gün
·
16:04
Yardımlı İcra Hakimiyyətinin iki əməkdaşının həbs müddəti uzadıldı
Bu gün
·
15:54
Ramiz Mehdiyevə görə onlar da dindirilib - FOTO
Bu gün
·
15:50
Baş nazir qərar imzaladı
Bu gün
·
15:43
Bu məktəblər Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bu gün
·
15:33
Polis əməliyyat keçirdi - Saxlanılan var
Bu gün
·
15:21
Azərbaycan qaz ixracını azaldıb
Bu gün
·
15:11
Abşeronda meyit tapıldı
Bu gün
·
14:52
“Qalatasaray”ın ulduzu derbiyə yetişdi
Bu gün
·
14:51
"Süni intellekt istehsal edən ölkələr iqtisadi üstünlük qazanacaq" - Türkiyəli deputat
Bu gün
·
14:48
Prezidentin sosial media hesablarında paylaşım edildi - VİDEO
Bu gün
·
14:33
Azərbaycan və Gürcüstan arasında ticarət artıb
Bu gün
·
14:26
Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub
Bu gün
·
14:22
Azərbaycanın şəkər ixracından gəliri artıb
Bu gün
·
13:54
Əhdi və dostu sərbəst buraxıldı
Bu gün
·
13:30