“Ailə və Uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlara xidmətin təmin edilməsi” mövzusunda təlim keçiriləcək

17:08 7 Aprel 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən mayın 26-27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Ailə və Uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlara xidmətin təmin edilməsi” mövzusunda təlim keçiriləcək.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, təlimdə Daxili İşlər Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Milli Televiziya və Radio Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ombudsman Aparatının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ekspertləri elektron hökumət istiqamətində fəaliyyət üzrə, Milli Fəaliyyət Planının hüquqi tərəfləri və regionlarda iş barədə təqdimatlar edəcəklər. Həmçinin digər dövlət orqanlarının və QHT-lərin nümayəndələrinin də çıxışları dinlənəcək, müzakirələr təşkil olunacaq.
Təlimdə hüquqşünaslıq, sosial iş, psixologiya ixtisasları üzrə təhsil alan tələbələr də iştirak edə bilərlər. Tələbələr mayın 15-dək özləri haqqında məlumatları (ad, soyad, təhsil müəssisəsinin adı və əlaqə telefonları) informasiya@box.az elektron ünvanına göndərməlidirlər. Əlaqə telefonu: 012 498 80 93. Təlimlərdə iştirak edəcək tələbələrə sertifikatlar veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aile_ve_Usaq_meselelerine_dair_seffafligin_ve_vetendaslara_xidmetin_temin_edilmesi_movzusunda_telim_kechirilecek-844284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR