Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 63,34 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,53 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 62,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 20-də 59,84 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 20-də 61,38 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,53 dollar/barel azdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR