Gürcüstanda maye oksigen daşıyan maşın aşıb və bir kənd boşaldılıb

17:57 7 Aprel 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 17:53 ]

Gürcüstan. Nizami Məmmədzadə - APA. Dünən gecə Gürcüstanda maye oksigen daşıyan maşın aşıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, maye oksigenin yola dağılması nəticəsində ciddi təhlükə yaratdığından İmereti bölgəsində yerləşən Xulevi kəndinin sakinləri ərazidən evakuasiya edilib.

 

Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, avtomobildən dağılan maye xüsusi olaraq təsirsiz hala gətirilib və təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı Gürcüstan Fövqəladə Hallar Departamenti və İmereti bölgəsinin yanğınsöndürmə briqadasının əməkdaşları hadisə yerinə cəlb olunub, mayenin törədə biləcəyi fəsadların qarşısı alınıb.

 

Məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb, Rikoti aşırımından keçən magistral yol bir neçə saat bağlanıb.

 

Gürcüstan DİN-dən maşının aşmasına yüksək sürətin səbəb olduğu bildirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR