Bilik Fondunun yeni layihəsi start götürdü – “Yazmağı bacaracaqsan”

Bilik Fondunun yeni layihəsi start götürdü – “Yazmağı bacaracaqsan”
18:03 7 Aprel 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel,AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsi TQDK-nin dəstəyi ilə start götürür. Bilik Fondu jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün ödənişsiz kurslar təşkil edilir.
Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq.
Bilik Fondunun İnformasiya təminatı sektorundan AZƏRTAC-a verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Yazmağı bacaracaqsan” layihəsi üzrə ilk təlim – videokonfrans keçirilib. Videokonfransda Bakı və Azərbaycanın 7 bölgəsindən – Mingəçevir, Gəncə, Bərdə, Şamaxı, Qusar, Sumqayıt, Lənkərandan olan abituriyentlər iştirak ediblər.
Abituriyentlərə esse yazmağın qaydaları haqqında ətraflı məlumat verən filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilik_Fondunun_yeni_layihesi_start_goturdu___Yazmagi_bacaracaqsan-844315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR