Ərdoğandan İran prezidentinə: "Açıq şəkildə deyirəm..."

Ərdoğandan İran prezidentinə: "Açıq şəkildə deyirəm..."
18:16 7 Aprel 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

"Bölgəmiz atəşdən bir çəmbəri xatırladır. Görüşlərimizdə bu məsələni və hansı addımları ata biləcəyimizi müzakirə etdik".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyədən İrana ixrac 4 milyard, İrandan Türkiyəyə isə 10 milyard dollardır. Türkiyə prezidenti bu göstəricinin çox aşağı olduğunu qeyd edib:

"İki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyirik. Hazırda İranın təbii qaz istehsalının 95%-ni biz alırıq. Ancaq açıq şəkildə deyirəm ki, İrandan aldığımız qaz tarifləri çox bahadır. Qazın qiyməti aşağı salınarsa, biz də daha çox qaz alarıq. Vətəndaşlarımıza ucuz qiymətə qaz verə bilmək üçün İranla birlikdə çalışmalıyıq. İrandan aldığımız elektrik enerjisini də nəzərə alarsaq, iki ölkə arasında enerji sektorunda ciddi tərəfdaşlıq olduğunu görərik".

Ərdoğan Türkiyə və İran arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyin vacibliyini vurğulayıb: "Biz burdan səslənsək İrana səsimizi çatdıra bilirik. Baxın, Ankaradan Tehrana 2 saata gəldik. İki ölkə arasında bürokratik problemlər var idi. İndi bunları həll etmişik. Biz İranla turizm potensialını inkişaf etdirmək istəyirik. Öz təcrübəmizi İranla paylaşmaq istəyirik. Türkiyədə 12 il əvvəl turist sayı 13 milyon idi, bu gün isə bu rəqəm 40 milyona çatıb. Biz iqtisadiyyatda iki ölkə arasında yerli valyutadan istifadə etməliyik. Xarici valyutaların təzyiqində qalmaq istəmirik. Bunun üçün lazımı addımlar atılmalıdır. ", - deyə prezident vurğulayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=336444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR