“Nikoil Bank”ın sədri: “Accessbank”ı alacağımızla bağlı deyilənlər şayiədir”
Paylaş
64 baxış·1 dəq oxu
Bakı. 23 noyabr. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin İdarə Heyətinin sədri Nikolaz Şurqaia rəhbərlik etdiyi Bankın “Accessbank” QSC-ni alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, “Report”a açıqlamasında bunun şayiə olduğunu bildirib. “Accessbank”ı alacağımızla bağlı deyilənlər şayiədir və mən bunu şərh etmək istəmirəm”, - deyə, o qeyd edib.