Bakıda "Millers Oils Azerbaijan"ın istehsalat kompleksinin açılış mərasimi keçirilib

Bakıda "Millers Oils Azerbaijan"ın istehsalat kompleksinin açılış mərasimi keçirilib
15:37 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkında ("YT Park") AMEA və Böyük Britaniyanın "Millers Oils Ltd." şirkətinin birgə təsis etdiyi "Millers Oils Azerbaijan" MMC-nin istehsalat kompleksinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, açılış mərasimində çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, bu açılış Akademiyanın 70 illik tarixində çox əlamətdar bir hadisədir.
"Millers Oild Ltd." şirkəti ilə əlaqələri yüksək qiymətləndirdiyini deyən A.Əlizadə qeyd edib ki, birgə əməkdaşlıq və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılmasıbaxımından əhəmiyyətlidir.
"Hazırda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır. Məhz "Millers Oils Azerbaijan" MMC-nin təsis edilməsi də Akademiyanın bu fəaliyyətinə yönəlmiş növbəti addımıdır", -deyə A.Əlizadə əlabə edib.
Açılış mərasimində çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Kroft Britaniya şirkətlərinin Azərbaycanda ən fəal investisiya yatırıcılarından olduğunu qeyd edib və yeni istehsalat kompleksinə fəaliyyətində uğurlar arzulayıb.
Açılış mərasimində "Millers Oils Ltd." şirkətinin icraçı direktoru Cemi Rayn və başqa dövlət rəsmiləri də çıxış ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-millers-oils-azerbaijan-in-istehsalat-kompleksinin-acilis-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR