“Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib

“Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib
19:33 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı,7 aprel, AZƏRTAC
Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC tərəfindən idarə olunan “Azerspace-1” peyki üzərindən yayımlanan “TRT Avaz”, “2x2”, “Semerkand”, “Cine5”, “TRT1”, “Samanyolu”, “TMB”, “Fox” kanallarının yayımı yaxın günlərdə dayandırılacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-а verilən məlumata görə, bəzi kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib. Bununla əlaqədar olaraq, “THT”, “S Haber” 11134Mhz: S/R-27500:Pol – H tezliyində, “Inter Az” kanalı isə artıq 11169Mhz : S/R-27500 : Pol – H tezliyində yayımlanırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerspace_1_peyki_uzerinden_yayimlanan_bezi_kanallarin_yayim_tezlikleri_deyisilib-844370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR