42 ildir bacısı zənn etdiyi qadın anası çıxdı - Bir məmur anamla zorla intim münasibətdə olub

42 ildir bacısı zənn etdiyi qadın anası çıxdı -  Bir məmur anamla zorla intim münasibətdə olub
20:05 23 Noyabr 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Show TV-də Seda Sayan və Uğur Arslanın aparıcılığını etdiyi verilişə çıxan şəxs tükürpədici etirafı ilə diqqət çəkib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Kader adlı bu şəxs 42 ildir bacısı zənn etdiyi qadının anası çıxdığını bildirərək həm studiyadakıları, həm də ekran önündə əyləşən tamaşaçıları təəccübləndirib.

Kader şok həqiqəti bir neçə il öncə anasının ona etiraf etdiyini deyib. 

Atası ilə canlı yayımda üzləşmək istədiyini bildirən Kader filmə bənzəyən həyat hekayəsini danışıb: "Ailənin istəmədiyi bir övlad olmuşam. Bir dövlət məmuru anamla zorla intim münasibətdə olub. Anam sonradan bir başqa kişiylə evlənincə əri məni qəbul etməyib və məni nənəmə veriblər".

Məhəmməd Vaqif

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/602047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR