Rusiya Dövlət Duması deputat İlya Ponomaryovun toxunulmazlığını ləğv edib

19:47 7 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 19:39 ]


Moskva. Fərid Əkbərov - APA. Rusiya Dövlət Duması deputat İlya Ponomaryovun toxunulmazlığını ləğv edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qərar Dumanın bu gün keçirilən plenar iclasında qəbul edilib.

 

Ponomaryovun deputat toxunulmazlığının ləğvinin lehinə 435 deputat, əleyhinə isə 1 nəfər səs verib.

 

Qeyd edək ki, Dövlət Dumasına Baş Prokurorluq tərəfindən deputat İ. Ponomaryova qarşı Cinayət Məcəlləsinin 33 və 160-cı maddələri ilə cinayət işinin açılmasına razılıq verməsi barədə təqdimat daxil olub. Deputatın adı "Skolkovo" fondundakı mənimsəmə faktı ilə əlaqədar açılan cinayət işində hallanır.

 

Xatırladaq ki, İ. Ponomaryov Moskvanın Ukrayna ilə bağlı siyasətinin əleyhinə olan yeganə deputatdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR