İmpiçmentə doğru növbəti addım: prokurordan TƏLİMAT

İmpiçmentə doğru növbəti addım: prokurordan TƏLİMAT
08:58 24 Noyabr 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Maykl Flinin vəkilləri “Rusiya müdaxiləsi” haqqında araşdırmanın gedişi ilə bağlı informasiyaların prezidentin hüquqşünaslarına verilməsini dayandırıb.

Publika.az xəbər verir ki, bu haqda dörd mənbənin məlumatlarına istinadən “The New York Times” nəşri bildirib.

Qeyd edilir ki, qərar Rusiyanın seçkilərə kiber müdaxiləsini araşdıran ABŞ-ın xüsusi prokuroru Robert Müllerin aparatı tərəfindən qəbul edilib. Xüsusi prokurorun aparatı hesab edir ki, belə qarşılıqlı əməkdaşlıq araşdırmaya mane ola bilər.

Nəşrin məlumatına görə, hadisələrin belə gedişatı həmçinin onu göstərə bilər ki, Flinn prokurorlarla əməkdaşlıq edir və ya hansısa saziş haqqında danışıqlar aparır. Trampın prezident seçilməsində Rusiyanın müdaxiləsinin rol oynadığı sübuta yetiriləcəyi halda, onun impiçment ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır. Kreml isə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi haqqında iddiaları fantaziya adlandırır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/221899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR