Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək

Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək
09:37 24 Noyabr 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı "Şərq tərəfdaşlığı" sammiti başlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider  iştirakını təsdiqləyib.
 
Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.
 
Qeyd edək ki, 2009-cu ildən yaradılmış "Şərq Tərəfdaşlığı" proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna  arasında əlaqələri dərinləşdirməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/602150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR