Boğulmaq üzrə olan qaçqınlar

Yunanıstan sahillərində batmaq təhlükəsi ilə üzləşən gəmidəki qaçqınlar xilas edilib.

Metbuat.az-ın məlumatına görə, mühacirlər hüquq-mühafizə orqanlarına zəng edərək, gəminin mühərrikində nasazlıq baş verdiyi barədə məlumat verib. Sahil Mühafizə Xidmətinin əməkdaşları bir neçə saat davam edən axtarışlar nəticəsində gəminin yerini müəyyən edərək sərnişinləri təxliyə edib.

Göyərtədə ümumilikdə 37 qaçqın olub. Afrikadan olan miqrantlar müvəqqəti düşərgələrə yerləşdirilib. Gəmi Şimali Afrikadan Yunanıstan istiqamətində üzürmüş.

Sübhan/ METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR