İŞİD-dən kamikadze hücum

İŞİD-dən kamikadze hücum
02:41 8 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı Suriya Hələb şəhərinin şimalında yerləşən “Şam Cəbhəsi”nə aid qərargahlarda kamikadze partlayışı törədib. ANS PRESS-in məlumatına görə, partlayıcı yüklənmiş avtomobillə həyata keçirilən hücum zamanı 38 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir.

“Şam Cəbhəsi”nin mətbuat sözçüsü Salih Anadani ilk partlayışın Hələbin Əzəz rayonu yaxınlığında baş verdiyini, bu zaman 30 nəfərin öldüyünü deyib.

Sözçünün bildirdiyinə görə, növbəti partlayış Mari rayonu yaxınlığında baş verib, bu zaman iki nəfəri yüksək rütbəli komandir olmaqla 8 müxalifətçi ölüb.

Anadani həmçinin, İŞİD qüvvələrinin müxaliflərlə döyüşdüklərini, Əsəd qüvvələrinə heç bir şəkildə hücum etmədiklərini bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR