Husilər şəhəri viran qoydular (FOTO)

Husilər şəhəri viran qoydular (FOTO)
04:06 8 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə yaşanan gərginlik şəhərləri alt-üst edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi rəhbəri Robert Qosen deyib.

“Xəstəxanalara ölü vəziyyətdə gətirilən, ya da xəstəxanalarda ölən çox sayda adam var. Həmçinin, bu müəssisələrdə kifayət qədər ləvazimat və işçi yoxdur. Ortalıqda görünmürlər, gaçıb gizləniblərm İqtisadi durğunluq müşahidə olunur. Binalar və küçələr xarabaya dönüb. Ədən şəhərində fərqli qruplardan ibarət silahlılar özbaşınalıq etməkdədir. Həyat iflic olub”, – komitə rəhbəri bildirib.

Ümumdünya Səhiyyə Təşkialtı (ÜST) isə gərginlik və ölkədəki qarşıdurmalarda son həftələr ərzində ən az 540 nəfərin öldüyü, təxminən 1700 nəəfərin yaralandığı açıqlanır.

UNICEF 100 min nəfərin öz ev-eşiyindən məcburi şəkildə didərgin düşdüyünü bildirir.

Qeyd edək ki, Ədən şəhəri hazırda husilərin mühasirəsi altındadır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR