Afinanın mərkəzində anarxistlər iğtişaşlar törədib

Afinanın mərkəzində anarxistlər iğtişaşlar törədib
06:42 8 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 06:27 ]


Bakı-APA. Yunanıstanın paytaxtı Afinanın mərkəzində bir qrup anarxist iğtişaşlar törədib, polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ötən gün axşam saatlarında əksəriyyətinin tələbə olduğu 400-dək anarxist Afina universitetindən parlamentədək yürüş edib. Parlament qarşısında etirazçılar xüsusi rejimli həbsxananın bağlanmasını, “17 noyabr” qruplaşmasının üzvü olan terrorçu Savvas Ksirosun azadlığa buraxılmasını, terrora qarşı mübarizə ilə əlaqədar qanunların ləğv olunmasını tələb edən şüarlar səsləndiriblər.  

 

Bundan sonra Afina Universitetinə doğru  qayıdan etirazçılardan 50-70 nəfəri anarxistlər arasında populyar olan Ekzarxiya rayonuna yollanıb və burada, Sturnari küçəsindəki Politexnik Universitetinin qarşısında barrikadalar qurmağa, zibil qablarını və avtomobilləri yandırmağa başlayıblar. Məlumata görə, ümumilikdə dörd avtomobil yandırılıb.

 

Etirazçılar polis əməkdaşlarına daş və “Molotov kokteyli” atıblar. Polis, öz növbəsində, gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR