Göyçayda "Mercedes" " Kamaz"a çırpılıb -

Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Metbuat.az-ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib. "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "Kamaz" markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan Ucarın Lək kənd sakini, 1964 -cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu, Göyçayın I Ərəb kənd sakini, 1983 -cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu və onun həmkəndlisi, 1991-ci il təvəllüdlü Hadıyev Sadiq Əvəz oğlu ağır xəsarət alıblar.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan A.Əhmədovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR