​Rusiyada əcnəbilərlə nikahların sayı iki dəfə artıb

07:12 8 Aprel 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+


"Report" xəbər verir ki, Rusiya VVAQ-nın vilayət idarəsinin rəisi Tatyana Kuznetsovanın TASS-a verdiyi məlumata görə, siyahıya Tacikistan vətəndaşları liderlik edirlər.
"Ən çox millətlərarası nikahlar Tacikistan vətəndaşları ilə qeydə alınıb - 712 nikah. 2013-cü ildə yalnız 289 nikah olub. İkinci yerdə Azərbaycan (388 nikah), üçüncü yerdə Özbəkistan (239 nikah) qərarlaşıb. 2014-cü ildə biz xarici dövlətlərin vətəndaşları ilə ümumilikdə 2256 nikah qeydə almışıq. 2012-ci ildə belə nikahlar 1038 olub, beləliklə, biz iki dəfə artım qeydə almış oluruq", - deyə Kuznetsova bildirib.
O, artımın səbəblərini izah etməkdə çətinlik çəkib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyada-ecnebilerle-nikahlarin-sayi-iki-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR