Play Store

Qobustanda içməli su təchizatı yaxşılaşdırılır - FOTOLAR

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına reallaşdırılan “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

"Azərsu" ASC-dən Metbuat.az-a verilən məlumata görə, layihə çərçivəsində rayonun 7 kəndinə də içməli su verilir. Ümumilikdə layihədən 14 minədək sakin faydalanır.

Qobustan şəhəri ilə yanaşı, rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə də suyun verilməsi təmin edilib.

Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr kanalizasiya xətti və 1160 baxış quyusu inşa edilib, hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğunun inşası üzrə keçirilən tender prosedurları son mərhələdədir və tikinti-quraşdırma işlərinə 2018-ci ildə başlanılacaq.

“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, XaçmazXızı şəhərlərini də əhatə edir. Qobustan, Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

Nazirlərin qəbuluna düşmək istəyənlər - DİQQƏT! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR