"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin energetika naziri Kanat Bozumbayev açıqlayıb.
Qeyd edək ki, oktyabr ayında Qazaxıstanın iqtisadiyyat naziri Timur Suleymenov, 2017-ci ildə neft hasilatı proqnozunu 81 mln. tondan (591,3 mln. barel) 84,5 mln. tona (616,9 mln. barel), yəni 4,32% artırıb. Buna səbəb kimi nazir "Kaşaqan", "Tenqiz" və Karaçaqanak" yataqlarında hasilatın yüksəlməsi ilə izah edib.
Energetika Nazirliyinin məlumatına görə, Qazaxıstanda cari ilin 10 ayında neft hasilatı ötən illə müqayisədə 11,4% artaraq 71,1 mln. ton (519 mln. barel) olub.
"Report" xəbər verir ki, yeni proqnoz hasilat həcmində öz əksini taparsa, bu, Qazaxıstanın OPEC+ anlaşmasına riayət etməyəcəyi mənasına gələcək. Belə ki, yeni proqnozla Qazaxıstanın gündə 1,71 mln. barel neft hasil edəcəyi gözlənilir. Bu isə OPEC+ anlaşmasında Qazaxıstanın etdiyi 1,68 mln. barel/gün kvotasından 30 min barel/gün və ya 1,8% çoxdur.