Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə, Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN rəhbəri "Twitter" səhifəsində yazıb.

Bundan başqa, nazir 30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın ürəyi - İstanbul prosesi" yeddinci nazirlər toplantısında iştirak edəcək.

Milli.Az